Almaniyada təhsil

Güclü Təhsil və Güclü Sənaye Əlaqələri

Təhsil sistemi və akademik üstünlüklər:

TU Munich, Heidelberg və RWTH Aachen kimi universitetlər mühəndislik və texnologiya üzrə liderdir. Dövlət universitetlərinin çoxu pulsuz və ya çox aşağı rüsumludur.

 

Kampus həyatı, tələbə icması və inkişaf imkanları: Alman universitetləri tələbələri həm nəzəri, həm də praktiki araşdırmalara cəlb edir. Kampuslarda müasir laboratoriyalar və innovasiya mərkəzləri fəaliyyət göstərir.

 

Təhsil sonrası karyera və yaşayış perspektivləri: Almaniyanın “Blue Card” proqramı məzunlara uzunmüddətli işləmə və yaşamaq imkanı verir.

 

Universitetlərin job center-ləri tələbələri Siemens, BMW və SAP kimi şirkətlərlə əlaqələndirir.. 

Niyə Almaniyada təhsil?

Burada universitetlər həm elmi-tədqiqat imkanları, həm də yüksək akademik keyfiyyəti ilə tanınır. Ən böyük üstünlüklərdən biri isə bir çox dövlət universitetlərində təhsil haqqının olmamasıdır.